Ötən gün ölkə ərazisində qeydə alınan 34 cinayət açılıb. Bu barədə 28 iyun tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Bildirilib ki, narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən olunub.
Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.