Ağcabədi rayonunda 7-ci sinif şagirdi digər məktəblilər tərəfindən döyülüb. Bu barədə oktyabrın 14-də Xəzər Xəbər məlumat yayıb.
Yeniyetmələr 2 saylı Xocavənd kənd tam orta məktəbində təhsil alırlar. Hadisə ilə bağlı videogörüntülər yayılıb.
Zərərçəkmişin anasının sözlərinə görə, şagirdlər hadisəni telefonla videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. O bildirib ki, bununla övladına psixoloji zərbə vurulub.
Məsələ ilə bağlı polisə müraciət olunub. Hazırda araşdırma aparılır.