Daşkəsəndə ailə üzvləri arasında güllələnmə hadisəsi qeydə alınıb. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.
Hadisə Astaf kəndindəki meşədə qeydə alınıb. Rayon sakini Elfaq Abbasov güllə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, E.Abbasov atası tərəfindən ov tüfəngi ilə güllələnib. Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.