Yanvarın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 122 cinayətin açılması təmin olunub. Bu barədə 16 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.