Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması təmin olunub. Bu barədə 14 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.