Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub.
Bu barədə 26 noyabr tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.