Ötən gün ölkə ərazisində 59 cinayətin üstü açılıb. Bu barədə oktyabrın 18-də DİN-dən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı bir fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.