Ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə mayın 25-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Axtarışda olan 96 nəfər, cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.