Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub. Bu barədə 4 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.