Dövlət Gömrük Komitəsi cari ilin ilk 5 ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03% yerinə yetirib. Bu barədə 8 iyun tarixində Komitənin sədri Səfər Mehdiyev öz Twitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə dövlət büdcəsinə 2,63 milyard manat vəsait köçürülüb. Bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat çoxdur.
Dövlət #Gömrük Komitəsi 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan #büdcə öhdəliyini 120,03 faiz yerinə yetirib. Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir.
— Safar Mehdiyev (@SafarMehdiyev_) June 8, 2022