Dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Bu barədə noyabrın 15-də İnsanoid BMT-nin Əhali Fondunun rəsmi internet səhifəsinə istinadən xəbər verir.
Ehtimal olunur ki, 2030-cu ildə dünya əhalisi 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çatacaq.
Məlumata əsasən, artım 2100-cü ilə kimi davam edəcək.