Tiranada keçirilən gənclər arasında sərbəst güləş üzrə dünya çempionatında xoşagəlməz hadisə baş verib.
İnsanoid.com xəbər verir ki, görüş zamanı erməni güləşçi Leva Gevorkyanla türk idmançı Hakan Büyükçinqili arasında dava düşüb.
Nəticədə hər iki idmançı diskvalifikasiya edilib. Ehtimal edilir ki, davaya səbəb 1 xal irəlidə olan erməni idmançının türk idmançını təxribata çəkməsi olub.