top
Eksperiment: kim necə qidalanır?
15 may 2022, 23:00
- ↺ +

Eksperiment: kim necə qidalanır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnsanoid fərqli yaş qrupundan olan insanların qida rasionunu qiymətləndirmək məqsədilə eksperiment keçirib. Bunun üçün fərqli həyat tərzi olan 5 insana 50 manat verilib və 2-3 günlük bazarlıq etmələri istənilib. Alış-veriş səbətlərinin hər birini ayrı-ayrılıqda diyetoloq Tutu Zeynalova şərh edib.

İlk qəhrəmanımız 20 yaşlı Nilay xanımdır. O, tələbədir və yataqxanada qalır. Vaxtının əsas hissəsini universitetdə keçirir. Tez və əziyyətsiz hazırlanan yeməklərə üstünlük verir.

Alış-veriş səbəti: çörək, kərə yağı, toyuq filesi, spagetti, kolbasa, mayonez, göbələk , kartof, konservləşdirilmiş skumbriya, qəhvə, yarımfabrikat əriştə, yumurta, qara çay, çipslər, şokolad plitkası.

[gallery columns="1" link="file" size="full" ids="48263"]

Diyetoloq rəyi: “Kolbasa, mayonez, çipslər, yarımfabrikat əriştəni çıxartsaq, tələbə olduğunu nəzərə alaraq, qənaətbəxş hesab etmək olar. Mən tövsiyə edərdim ki, balqabaq tumu kimi çərəzlər, meyvə və tərəvəzlər əlavə etsin. Məsələn: çips yerinə kök xırçıldatmaq olar”.

Eksperimentin ikinci iştirakçıları 23 və 25 yaşlı yeni ailə quran Leyla və Firdovsi cütlüyüdür. Hər ikisinin 09:00-18:00 iş qrafiki var. Bəy üzgüçülüklə, xanım isə aerobika ilə məşğuldur. Lakin dediklərinə görə, qidalanmada özlərinə heç bir məhdudiyyət qoymurlar.

Alış-veriş səbəti: çörək, ağ pendir, 15%-li xama, ketçup, mal əti, toyuq, soğan, kartof, 2,2%-li süd, mərci, bitki yağı, alma, portağal, kivi, çəki ilə olan konfetlər.

[gallery columns="1" link="file" size="full" ids="48266"]

Diyetoloq rəyi: “Çəki ilə olan konfetlərə qədər yaxşı gəlmişdik (gülümsəyir). Yumurta görmədim. Məsləhət görürəm ki, rasionlarına tərəvəz və çərəzlər əlavə etsinlər. Ümumilikdə aldıqlarını qızardıb yemirlərsə, yaxşıdır”.

Növbəti qəhrəmanlarımız iki azyaşlı övladı olan evli cütlükdür. Bəyin 46, xanımın isə 42 yaşı var. Xanım evdar qadındır, bəy isə bankda çalışır. Ailənin sözlərinə görə, bir o qədər də aktiv həyat tərzi keçirmirlər. Yalnız həftəsonları parkda gəzintiyə və velosiped sürməyə vaxt ayıra bilirlər.

Alış-veriş səbəti: bitki yağı, kərə yağı, kəsmikli pendir, şəkər, düyü, banan, alma, konfetlər, vaflilər, yaşıl noxud, tomat pastası, uşaqlar üçün səhər yeməyi, evdə hazırlanmış süd, 25%-li xama, makaron.

[gallery columns="1" link="file" size="full" ids="48268"]

Diyetoloq rəyi: “Ailəyə şəkəri çıxartmaq, düyünü azaltmaq tövsiyə edirəm. Vafli kimi paketləşdirilmiş qidaları, ümumiyyətlə, evə salmamağı tövsiyə edirəm. Səhər yeməyi üçün isə yulaf, yumurta, bitki südü ilə kokteyl hazırlasınlar. Yenə tərəvəz görmədim”.

Dördüncü iştirakçımız Ayla xanımın 28 yaşı var. O, peşəcə fotoqraf olduğundan daim hərəkətdədir. Həmsöhbətimizin sözlərinə görə, həftədə bir dəfə idman zalına getməyə vaxt tapa bilir.

Alış-veriş səbəti: qara çörək, xlebsi, pəhriz kəsmiyi, qarabaşaq, brokoli, kök, gül kələm, toyuq filesi, zeytun yağı, yaşıl çay, kabak, kətan toxumu, kahı, göyərti, qara lobya, alma, qəhvə, yulaf.

[gallery columns="1" link="file" size="full" ids="48269"]

Diyetoloq rəyi: “Bazarlığı yaxşıdır. Fiziki aktivliyi də artıra bilsə, əhsən”.

Sonuncu qəhrəmanımız Vasifin 35 yaşı var. O, evli deyil və tək yaşayır. Zavodda mühəndis olaraq çalışır. Vasif bəy deyir ki, işi ağır olduğu üçün evə yorğun qayıdır. Yemək bişirməyi sevmir, daha çox “tezbazar” hazırlanan yeməklərlə qidalanır.

Alış-veriş səbəti: çörək, ketçup, pomidor, xiyar, qara çay, pivə, dondurulmuş düşbərə, turşu xiyar, çipslər, yumurta, sosislər, kartof, qazlı içki, əridilmiş (ərgin) pendir, makaron, hisə verilmiş balıq, bitki yağı, konservləşdirilmiş mal əti (tuşonka).

[gallery columns="1" link="file" size="full" ids="48270"]

Diyetoloq rəyi: “Pivə, çips, sosislər, qazlı içki, əridilmiş pendir olmasa, yaxşı olar. Bir az tərəvəz, meyvə əlavə etsin. Adi su içsin. Bitki yağını zeytun yağı ilə əvəz etsin”.

Verdiyi rəy və məsləhətlərə görə, “Mərkəzi Klinika”nın həkimi Tutu Zeynalovaya öz minnətdarlığımızı bildiririk.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 10:07

Alyaskada 1998-ci ildən bəri ilk dəfə Demokrat qubernator seçilib

Yerli xəbərlər
Bu gün, 09:34

Füzulidə AĞIR QƏZA: 3 ölü, 4 yaralı var

Yerli xəbərlər
Dünən, 18:47

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:52

"Meydan" TV işi üzrə həbsdə olan jurnalist əməliyyat olunub

Xarici xəbərlər
Dünən, 17:24

Yaponiyada mer qəza törətdi, təmir xərcini şəhər büdcəsindən ödətmək istədi

Xarici xəbərlər
Dünən, 17:12

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin işi üzrə ibtidai istintaq başa çatıb

Yerli xəbərlər
Dünən, 15:03

Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO

Yerli xəbərlər
Dünən, 14:18

Avtomobil qızın üzərindən keçdi - Ayağı amputasiya olundu

Yerli xəbərlər
Dünən, 12:47

Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq

Yerli xəbərlər
Dünən, 12:45

Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış edib

Yerli xəbərlər
Dünən, 11:07

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib

Xarici xəbərlər
Dünən, 10:47

Censen Huangla bağlı yeni iddia: "Nvidia"nın daha bir əməkdaşı ilə münasibətdə olub

Yerli xəbərlər
Dünən, 09:23

Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xarici xəbərlər
Dünən, 00:00

Alimlər 66 il əvvəl dünyanın sonunu 13 noyabr 2026-cı ilə proqnozlaşdırmışdılar

Yerli xəbərlər
12 noyabr 2026, 17:31

Rusiyanın məşhur "Bitva şefov" kulinariya şousunda - VİDEO

Xarici xəbərlər
12 noyabr 2026, 16:42

"Başqa övladım ola bilərdi, amma belə ər tapa bilməzdim" - məşhur aktrisanın hekayəsi

Xarici xəbərlər
12 noyabr 2026, 15:49

Maya Sandu: "Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır" - VİDEO

Yerli xəbərlər
12 noyabr 2026, 15:23

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gedib

Yerli xəbərlər
12 noyabr 2026, 15:17

DYP: "O bizi həyata bağlayan bağdır"

Yerli xəbərlər
12 noyabr 2026, 15:13

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xarici xəbərlər
12 noyabr 2026, 14:21

Durov Makronun qeyri-ənənəvi seksual orientasiyasına eyham vurub

Xarici xəbərlər
12 noyabr 2026, 13:50

Göydələnin zirvəsində evlilik təklifi etdilər, indi isə məhkəməyə hazırlaşırlar

Yerli xəbərlər
12 noyabr 2026, 13:44

Paşinyan COP31 çərçivəsində Tarkanın məşhur "Şımarık" mahnısını dinləyib - VİDEO

Xarici xəbərlər
12 noyabr 2026, 12:43

Ermənistanda TRIPP layihəsi üzrə şirkətin yaradılmasına dair qanunvericilik paketi qəbul edilib

Oxşar xəbərlər