Hazırda məktəbəqədər təhsil müəssisələrində 122 vakant yer var. Bu barədə 25 noyabr tarixində APA elm və təhsil naziri Emin Əmrullayevə istinadən bildirib.
Onun sözlərinə görə, təhsil tarixində ilk dəfə bağçalara işə qəbul üçün 4 539 namizəd test imtahanında iştirak edib, 739 namizəd müsahibə mərhələsinə buraxılıb və 332 nəfər uğur qazanıb, müəyyən müsabiqə də gözlənilir.
Nazir qeyd edib ki, Nazirliyin tabeliyində 1 634 bağça fəaliyyət göstərir: “Bu bağçalarda 116 min şagird yeri var və 99 min uşaq qeydiyyatdan keçib. Bağçalarda boş yerlər var, amma daha çox problem valideynin arzu etdiyi bağçalarla bağlı yaranır. Bağçalarda hazırda 16 minə yaxın boş yer var”.