Energetika naziri Pərviz Şahbazov oktyabrın 21-də Göyçayda Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə 14 oktyabr tarixində Energetika Nazirliyi məlumat verib.
Qəbul saat 11:00-dan etibarən Göyçay rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti, 98) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.