"2022-ci ildə 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum səpilib". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi bildirib.
Bu barədə 6 yanvar tarixində APA məlumat verib.
O bildirib ki, bu il 4-5 milyon ədəd ağac tinginin yetişdirilməsi gözlənilir: "2023-cü ildə meşə-bərpa tədbirləri çərçivəsində 3 milyon ədəd ağacın əkilməsi nəzərdə tutulub. Hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var".