Bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 170 yanğına çıxış, 26 köməksiz vəziyyətdə qalma, 3 nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə 5 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Sözügedən dövr ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb.
Həmçinin çoxmərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi zamanı 1 nəfərin və nəqliyyat qəzaları zamanı aşkar olunan 2 nəfərin meyitləri aidiyyəti üzrə təhvil verilib.