Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə rəis təyin edilib. Bu barədə Oxu.az məlumat verib.
Belə ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə təyinatı Teymur Rəhimov alıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib.