Ötən sutka ərzində 18 yanğına çıxış olub. Bu haqda noyabrın 25-də FHN-dən bildirilib.
Beş halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla 11 nəfər xilas edilib. Yanğınlar zamanı iki nəfər yanıq xəsarəti alıb, qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.