Ötən sutka ərzində 22 yanğına çıxış olub. Bu barədə dekabrın 3-də FHN-dən bildirilib.
İki halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla iki nəfər xilas edilib. Yanğın zamanı iki nəfər təhlükəsiz əraziyə təxliyə olunub.