Ötən sutka ərzində 22 yanğına çıxış olub.Bu barədə dekabrın 8-də FHN-dən bildirilib.
Yeddi halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla səkkiz nəfər xilas edilib.