Ötən sutka ərzində 15 yanğına çıxış olub. Bu barədə 21 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
5 nəfər, o cümlədən Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində “VAZ-2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çarpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.
Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.