Ötən sutka ərzində 16 yanğına çıxış olub. Bu barədə 26 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib.
Həmçinin Samux rayonunun Çobanabdallı kəndində 1 nəfərin meyiti dərinliyi təqribən 2 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.