Ötən sutka ərzində 18 yanğına çıxış olub. Bu barədə 12 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Həmçinin Hacıqabul rayonunun Pirsaat qəsəbəsində "Kamaz" markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.