Ötən sutka ərzində 36 yanğına çıxış olub. Bu barədə 14 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Astara şəhərində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çarpılması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edilib.
Yanğın zamanı 4-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib.