İyul ayında ardıcıl 4 gün iş olmayacaq. Bu barədə 28 iyun tarixində APA məlumat verib.
Məlumatda deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9-u və 10-u Qurban bayramı günləri müəyyən edilib.
Bildirilib ki, iyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.
Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.