Dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə iyundan başlanacaq. Bu haqda mayın 12-də Təhsil Nazirliyi məlumat yayıb.
Test imtahanı mərhələsinə avqust ayının sonlarında start verilməsi nəzərdə tutulur. Birinci mərhələdə ibtidai sinif müəllimləri cəlb olunacaq.
Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi ilə linkə daxil olaraq tanış olmaq olar.