2018-2019-cu illərdə minimum əmək haqqını 130 manatdan 200 manata çatdırdıq. Bu barədə 5 dekabr tarixində APA maliyyə naziri Samir Şərifova istinadən məlumat verib.
“Bu paket bizə 4 milyard manata başa gəldi”, - nazir bildirib.
Samir Şərifov qeyd edib ki, hər il pensiyalar üzrə indeksasiya aparılır: “Bu il inflyasiya da var. İnflyasiyanın təsirlərini biz pensiyaçılara kompensasiya etməliyik. Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".