Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək. Bu barədə noyabrın 18-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə əsasən, hazırda imtahan vaxtları ilə bağlı danışıqlar aparılır.
“İmtahanlar kütləvi proses olduğu üçün yalnız bizdən asılı deyil”, - deyə qurumun rəsmisi vurğulayıb.