Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılır. Bu barədə 21 dekabr tarixində Oxu.az məlumat verib.
Məlumata əsasən, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib.
Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb.
“O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır”, - məlumatda bildirilib.