Gürcüstandan siqaretlərin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi iyunun 7-də məlumat verib.
Belə ki, "Qırmızı Körpü" gömrük postunda "İveco” markalı yük avtomobilinin sürücüsü gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərində daşınan iki ədəd "Toyota Camry" markalı avtomobilin qapılarında 10 320 ədəd "Parliament" və 21 480 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.