Hazırda Göyçay rayonunda rusiyalı milyarder Fərhad Əhmədova məxsus obyektlərdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə 18 noyabr tarixində AZfront məlumat verib.
Əhmədov Göyçaydakı "AZNAR" QSC şirə zavoduna rəhbərlik edir. O, 1,7 milyard dollar sərvəti ilə Rusiyanın Forbes 2022 siyahısında 49-cu yeri tutur.
2004-2010-cu illərdə Əhmədov Rusiya Federasiyası Federasiya Şurasının üzvü idi. 2022-ci ilin aprelində ona qarşı Aİ və Britaniya tərəfindən sanksiyalar tətbiq edilib.