Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib. Bu barədə 13 dekabr tarixində Report məlumat verilib.
Bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında 64 yaşlı Fatma Zeynalova qonşusu, 81 yaşlı Fatma Babayevanı yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib.
Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam etdirilir.