Göyçayda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb. Bu barədə mayın 30-da Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Hadisə rayonun Ləkiçıplaq kəndində qeydə alınıb. Ürfan Osmanova məxsus evin həyətyanı sahəsindən çəkisi 10 kiloqrama yaxın olan 166 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.