Göyçayda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub. Bu barədə noyabrın 19-da APA xəbər yayıb.
Hadisə gecə saatlarında rayonun Ərəb kənd sakini Yeganə Süleymanovaya məxsus evdə baş verib. Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı evin bir hissəsi yansa da, qalan hissəsi alovdan mühafizə olunub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.