Göyçayda narkotik vasitənin təsiri altında “Volkswagen” markalı avtomobili idarə edən şəxs saxlanılıb. Bu haqda mayın 30-da APA məlumat paylaşıb.
Sürücü öncə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. Yoxlama zamanı isə onun marixuana qəbul edib avtomobil idarə etdiyi müəyyən edilib.
Sözügedən şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.