Göyçay rayonunda yol qəzası baş verib. Bu barədə oktyabrın 14-də Report xəbər yayıb.
Hadisə Qarabaqqal kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Məhərrəmov Sadiq Məhəmmədəli oğluna məxsus avtomobil idarəetmədən çıxaraq beton maneəyə çarpılıb.
Gənc xəstəxanaya çatdırılıb. Ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.