Göygölün Balçılı kəndində yol-nəqliyyat hadisəsi olub. Bu barədə noyabrın 30-da Report xəbər yayıb.
Belə ki, "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü N.Musayeva, 1967-ci il təvəllüdlü X.Əmiraslanov, 1969-cu il təvəllüdlü A.Musayeva və 1973-cü il təvəllüdlü Z.Əmiraslanova xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.