Göygöl rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA 1 dekabr tarixində məlumat verib.
Rayonun Balçılı kəndində 73 yaşlı Murtuz Abbasov yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Məlumata görə, Murtuz Abbasov şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.