Göygöl rayonunda 27 yaşlı oğlan yıxılaraq xəsarət alıb. Bu barədə oktyabrın 14-də APA xəbər yayıb.
Hadisə Aşıqlı kəndində baş verib. Bəxtiyar Nadirli dağlıq ərazidən dərəyə yıxılıb.
O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.