Göygöl rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıblar. Bu barədə Apa 23 dekabr tarixində məlumat verib.
Göygöl rayon Quşçu kənd sakini Abdulla Hüseynov və Çaykənd kənd sakini Elyaz Məhərrəmov qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.
Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 25 sutka inzibati qaydada həbs ediliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.