Göygöl rayonunda mənzildən meyit tapılıb. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Hadisə şəhərin Rövşən Nəsibov adlanan məhəlləsində qeydə alınıb. Belə ki, orada yerləşən mənzillərin birində aşkarlanan meyitin 26 yaşlı T.Orucovaya aid olduğu məlum olub.
Onun dəm qazından boğularaq öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.