Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 19 dekabr tarixində APA məlumat verib.
Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb.
Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.