Göygöldə avtomobil ağaca çarpılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 2 dekabr tarixində məlumat verir.
Dekabrın 1-də saat 20:00 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub.
Nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.