Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə mayın 19-da APA məlumat yayıb.
Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.