Ölkə ərazisində bir gün ərzində 8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi İnsanoid-ə bu gün, 13 yanvar tarixində verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 11 kiloqram 825 qramı heroin, 15 kiloqram 790 qramı marixuana, 43 qramı tiryək, 511 qramdan artığı isə metamfetamin olub.
Bu istiqamətdə tədbirlər davam edir.