İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.
"Ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə ("Absheron Trending" MMC, "AR Metiz" MMC və "LV Shipping Caspian" MMC) 115 iş yeri yaradılacaq"- deyə Mikayıl Cabbarov əlavə edib.
Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb. Ümumi investisiya həcmi 6 mln. ₼-dan çox olan 3 müəssisədə (Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC) 115 iş yeri yaradılacaq.#EconomyAz pic.twitter.com/3sSEhCWPbs
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2022