Hacıqabul rayonunda yanğın baş verib. Bu barədə oktyabrın 14-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Rəncbər kəndində qeydə alınıb. Nəticədə sahəsi 150 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.