Hacıqabul rayonunda gənc oğlan hündürlükdən yıxılıb. Bu barədə noyabrın 9-da Report xəbər yayıb.
Hadisə Nəvai qəsəbəsində baş verib. 26 yaşlı Mehman Rəhimov yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.