Hacıqabul rayonunun Udulu kəndi ərazisindən keçən Pirsaatçayda sel sularının yuyub dağıtdığı keçid yol bərpa olunub.
Bu haqda mayın 12-də AAYDA məlumat yayıb.
Rayonun 39 kilometrlik Muğan–Qubalı avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Pirsaatçay üzərində inşa edilən yeni körpüdə işlərin bu il ərzində yekunlaşdırılması planlaşdırılır.
[URIS id=48000]